10:11 25-10-2008
news_image
438
STOLÜSTÜ OYUNLAR

Anand: ikinci çempionluğa bir xal qaldı

Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniyanın Bonn şəhərində şahmat tacı uğrunda 8-ci oyun keçirilib. “APA-Sport”un məlumatına görə, planetin ən güclü qrossmeysteri adı uğrunda yarışan Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnikin (Rusiya) bu görüşündə də qalib müəyyənləşməyib.

Kramnik ağ fiqurlarla oynamasına baxmayaraq, qələbə qazana bilməyib. Tərəflər 39-cu gedişdə sülhə razı olub. Bu heç-heçə ilk növbədə hindistanlı qrossmeysterə sərf edib. Belə ki, Anand 3 xallıq (5,5:2,5) üstünlüyünü qorumağa müvəffəq olub.

Növbəti görüş sabah baş tutacaq. Ananda şahmat tacını özündə saxlamaq üçün qalan 4 oyunda cəmi bir xal qazanmaq kifayətdir. Bir sözlə, sabah ağ fiqurlarla oynayacaq hindistanlı qrossmeyster qələbə qazanacağı halda, yenidən dünya çempionu olacaq.