15:16 27-10-2008
news_image
499
DİGƏR NÖVLƏR

Daha bir idmançı dünyasını dəyişdi

Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiyanın “Sokol” hokkey klubunun kapitanı Yuri Lavrenyuk dünyasını dəyişib. “APA-Sport”un məlumatına görə, Krasnoyarsk şəhərini təmsil edən komandanın 30 yaşlı üzvünün ölümünə səbəb vərəm xəstəliyidir. Həkimlər onun sağalmasına çalışsalar da, bu, mümkün olmayıb.
Qeyd edək ki, az öncə Omskun “Avanqard” klubunun 19 yaşlı oyunçusu Aleksey Çerepanov ürəyindəki problemlərə görə dünyasını dəyişib.