10:42 28-10-2008
news_image
469
STOLÜSTÜ OYUNLAR

Kramnik intriqanı saxladı

Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində təşkil olunan dünya şahmat tacı uğrunda mübarizə daha da gərginləşib. “APA-Sport”un məlumatına görə, buna Vladimir Kramnikin (Rusiya) 10-cu oyunda hindistanlı rəqibi Vişvanatan Anand üzərində qələbə qazanması səbəb olub.

Ağ fiqurlarla oynayan Kramnik rəqibini 29-cu gedişdə təslim olmağa məcbur edib. İlk qələbəsini rəsmiləşdirən rus qrossmeyster hesab arasındakı fərqi (4:6) də azaldıb. 11-ci oyun sabah baş tutacaq.

Qeyd edək ki, ardıcıl ikinci dəfə dünya çempionu olmaq üçün Ananda son iki görüşdə yarım xal da kifayət edir.