11:25 28-10-2008
news_image
473
STOLÜSTÜ OYUNLAR

Rəcəbov 1/4 finala yaxınlaşdı

Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın Kap-D’Aqd kurort şəhərində ənənəvi təşkil olunan beynəlxalq şahmat festivalının nüfuzlu rapid turnirinin qrup mərhələsi başa çatmaq üzrədir. “APA-Sport”un məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Teymur Rəcəbov növbəti iki görüşdən də sərfəli nəticə ilə ayrılıb.

B qrupunda çıxış edən qrossmeysterimiz ardıcıl iki qələbədən sonra hesabına 1,5 xal yazdırıb. Rusiyalı Anatoli Karpovla heç-heçə edən Rəcəbov, Xou Yifanı (Çin) üstələyib. Şahmatçımız dörd oyundan sonra 3,5 xal toplayıb və Maqnus Karlsenlə (Norveç) 1-2-ci pillələri bölüşür. Teymur bu gün qrupda son görüşlərini Sebastyan Feller (Fransa), Hampi Koneru (Hindistan) və Karlsenə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan şahmatçılar 1/4 finala vəsiqə qazanacaqlar. Bu mərhələdən başlayaraq, oyunlar nokaut sistemlə keçiriləcək. Turnirin mükafatçıları noyabrın 1-də müəyyənləşəcək.