11:31 29-10-2008
news_image
407
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Karlsenə uduzub, İvançuka rəqib oldu

Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın Kap-D’Aqd kurort şəhərində təşkil olunan ənənəvi beynəlxalq şahmat festivalının nüfuzlu rapid turnirinin qrup mərhələsinə yekun vurulub. “APA-Sport”un məlumatına görə, bununla da 1/4 finalda mübarizə aparmaq hüququ qazanan qrossmeysterlər müəyyənləşib.

Yarışdakı yeganə təmsilçimiz Teymur Rəcəbov da qrup səddini adlayan 8 şahmatçı sırasında yer alıb. B qrupunda çıxış edən qrossmeysterimiz son görüşlərdə Sebastyan Feller (Fransa) və Hampi Koneru (Hindistan) ilə heç-heçə edib, Maqnus Karlsenə (Norveç) isə uduzub. Rəcəbov bu nəticə ilə qrupu 5 xalla üçüncü pillədə başa vurub. O, 1/4 finalda eyni göstərici ilə A qrupunda ikinci olan Vasili İvançukla qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələdə məğlub olanlar mübarizəni dayandıracaqlar. Turnirin mükafatçıları noyabrın 1-də müəyyənləşəcək.