17:13 29-10-2008
news_image
439
DİGƏR NÖVLƏR

Həmyerlimiz “Vardar” klubunun oyununa təyinat aldı

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın həndbol hakimləri qitə miqyaslı turnirlərin üçüncü mərhələ görüşlərinə təyinat alıblar. “APA-Sport”un məlumatına görə, beynəlxalq dərəcəli referilərimiz noyabrın 1-də Rusiya və Türkiyədə meydana çıxacaqlar.

Moskvada, EHF kuboku çərçivəsində yerli “NC-53” klubu ilə Serbiyanın “Naisa-Nis” kollektivi arasında keçiriləcək oyuna Vaqif Əliyevlə Ələkbər Ağakişiyev təyinat alıblar.

Emil və Ernest Ağakişi qardaşları isə Ankarada ədaləti qoruyacaqlar. Təmsilçilərimiz “Çelenc kuboku” çərçivəsində “Çankaya Bələdiyyəspor” - “Vardar” (Makedoniya) görüşünü idarə edəcəklər.