11:00 30-10-2008
news_image
508
STOLÜSTÜ OYUNLAR

İvançuk Rəcəbovu mükafatsız qoydu

Bakı. Kənan Həsənov - APA-Sport. Teymur Rəcəbov Fransanın Kap-D’Aqd kurort şəhərində təşkil olunan ənənəvi beynəlxalq şahmat festivalının nüfuzlu rapid turnirində mübarizəni dayandırıb. “APA-Sport”un məlumatına görə, 21 yaşlı qrossmeysterimiz yarışın 1/4 finalında Vasili İvançuka (Ukrayna) məğlub olub.

Tərəflər arasında keçirilən ardıcıl iki görüşdə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Son iki oyun isə İvançukun üstünlüyü ilə başa çatıb. Ümumi hesabda rəqibinə 1:3 uduzan Rəcəbov festivalla erkən vidalaşmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, rapid turnirin mükafatçıları noyabrın 1-də bəlli olacaq.