15:45 30-10-2008
news_image
467
STOLÜSTÜ OYUNLAR

Bakıya 6 ölkənin şahmatçıları gələcək

Bakı – APA-Sport. Noyabrın 2-dən 7-dək Bakıda uşaqlar arasında “HP-Makkabi” II beynəlxalq şahmat turniri keçiriləcək. Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnir Hewlett Packard şirkətinin Azərbaycan nümayəndəliyi və “Makkabi – Azərbaycan” Mədəni-İdman Birliyi tərəfindən 1996-99-cu il təvəllüdlü uşaqlar üçün təşkil olunub. “APA-Sport”un məlumatına görə, turnirdə Azərbaycan, Hindistan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan və İsraili təmsil edən 36 gənc şahmatçı iştirak edəcək.
Yarış İsveçrə sistemi üzrə keçiriləcək. Yarışın qalibi “Makkabi – Azərbaycan” Mədəni-İdman Birliyini beynəlxalq səviyyədə təmsil etmək hüququnu qazanacaq. Birinci, ikinci və üçüncü yerləri tutan iştirakçılar HP şirkətindən qiymətli hədiyyələr alacaqlar.