10:42 31-10-2008
news_image
569
STOLÜSTÜ OYUNLAR

Şahmatçımız dünya üçüncüsü oldu

Bakı. Kənan Həsənov - APA-Sport. Vyetnamın Vanq Tau şəhərində 10, 12, 14, 16, 18 yaşadək oğlan və qız şahmatçılar arasında növbəti dünya çempionatı başa çatıb. “APA-Sport”un məlumatına görə, bu nüfuzlu yarışa qatılan 18 Azərbaycan şahmatçısından yalnız biri fəxri kürsüyə yüksəlməyi bacarıb.

8 yaşadək qızlar arasında mübarizə aparan Günay Məmmədzadə 11 oyunda 8 xal toplayaraq bürünc medal qazanıb. Bununla yanaşı, cəmi üç təmsilçimiz yarışı ilk “onluq”da başa vurmağa müvəffəq olub.