12:16 01-11-2008
news_image
547
STOLÜSTÜ OYUNLAR

Rəcəbov 80 min frank dalınca gedir

Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 7-də Qazaxıstanın Almatı şəhərində start götürəcək blits üzrə dünya çempionatına qatılacaq şahmatçıların yekun siyahısı müəyyənləşib. “APA-Sport”un məlumatına görə, yarışa xüsusi dəvət olunan təmsilçilərimiz - Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov dünyanın ən tanınmış qrossmeysterlərini sınağa çəkəcəklər.

Belə ki, Almatıda 2006-cı və 2007-ci illərin çempionları Aleksandr Qrişukla (Rusiya) Vasili İvançuk (Ukrayna) çıxış edəcəklər. Dünya birinciliyində həmçinin, Aleksandr Morozeviç, Sergey Rublyovski, Pyotr Svidler (hamısı Rusiya), Boris Qelfand (İsrail), Yudit Polqar (Macarıstan), Vladislav Tkaçyov (Fransa), Lenyer Dominqes (Kuba), Rafael Vaqanyan (Ermənistan), Murtaz Kajqaleyev (Qazaxıstan), Qata Kamski (ABŞ), Bassem Amin (Misir) və Krişnan Şaşikiranın (Hindistan) da qatılacağı tam dəqiqləşib.

Dairəvi sistemlə keçiriləcək dünya çempionatının mükafat fondu 350 min İsveçrə frankına bərabərdir. Noyabrın 8-də başa çatacaq yarışın qalibinin qazancı 80 min frank təşkil edəcək.