13:12 04-11-2008
news_image
473
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov reytinq siyahısında 4-cü yerdədir

Bakı. Kənan Həsənov - APA-Sport. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2008/2009 mövsümündə keçirilən yarışların nəticələrinə əsasən yeni reytinq siyahısını dərc edib. “APA-Sport”un məlumatına görə, qadınların siyahısında heç bir həmyerlimiz yer almayıb.

56 kişi şahmatçının sıralamasında isə iki təmsilçimiz var. ACP-nin təqviminə daxil olan bir yarışda iştirak edən Teymur Rəcəbov 504 xalla 4-cü pillədə qərarlaşıb. Eyni sayda turnirdə mübarizə aparan Vüqar Həşimov isə 327 xalla 9-cu yeri tutub.

Maraqlıdır ki, hər iki qrossmeysterimiz dünya şahmat tacı uğrunda görüşün iştirakçıları, Vişvanatan Anandla (Hindistan) Vladimir Kramniki (Rusiya) qabaqlayıblar. Bu şahmatçılar hələlik ikinci “onluq”da yer alıblar.