15:38 05-11-2008
news_image
455
DİGƏR NÖVLƏR

Azad Rəhimov olimpiya çempionlarının işinə qarışmır

Bakı. Kəmalə Quliyeva – APA-Sport. “Olimpiya çempionlarının milli çempionatlarda iştirak etməməsi onların məşqçilərinin qərarıdır”. “APA-Sport”un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir vurğulayıb ki, olimpiya çempionları ilə bağlı qərar yarışların qrafikinə uyğun qəbul olunur: “Milli çempionatdan sonrakı turnir daha əhəmiyyətli ola bilər. Məhz buna görə ölkə daxili yarışlar zamanı idmançılara istirahət verilməsi mümkündür. Bu məsələ federasiya rəsmilərinin və məşqçilərin qərarı ilə tənzimlənir”.