12:37 06-11-2008
news_image
527
DİGƏR NÖVLƏR

Azərbaycan Slovakiya, Litva və Sloveniyanı qabaqladı

Bakı. Kənan Həsənov - APA-Sport. Gənc qılıncoynadanların Hollandiyanın Amsterdam şəhərində təşkil olunan Avropa çempionatı başa çatmaq üzrədir. “APA-Sport”un məlumatına görə, bu mötəbər yarışa qatılan Azərbaycan yığmasının üzvləri hələ də medal üzü görməyiblər.

Fərdi birincilikdə zəif çıxış edən şpaqaçı oğlanlar komanda yarışında da eyni aqibətlə üzləşiblər. Belə ki, yığmamız yekun sıralamada yalnız Slovakiya, Litva və Sloveniyanı qabaqlayaraq 23-cü olub.

Bu gün isə oğlan sablyaçıların fərdi birinciliyi başlayacaq. Avropa çempionatının tarixinə düşməyə Yusif Budaqov, Namiq Ağarəhimov və Azər Tağıyev çalışacaqlar.