14:22 06-11-2008
news_image
503
DİGƏR NÖVLƏR

Uğursuz Bəhreyn səfəri

Bakı. Aqşin Əliyev - APA-Sport. Bəhreynin paytaxtı Manamada keçirilən bodibildinq üzrə dünya çempionatı davam edir. “APA-Sport”un məlumatına görə, yarışa qatılan Azərbaycanın iki idmançısı uğursuzluğa düçar olub. Çempionat həm Teymur Aslanov (66 kq), həm Vüqar Verdiyev (100 kq) üçün vaxtından qabaq başa çatıb.

Belə ki, bodibildinqçilərimiz finala vəsiqə qazana bilməyiblər. Daha çox Avropa çempionu Vüqar Verdiyevə ümid bəslənilsə də, o, mübarizəni erkən dayandırıb. Eyni zamanda, qitə çempionatının bürünc medalçısı Aslanov da fəxri kürsüyə yüksəlməyi bacarmayıb.