17:12 06-11-2008
news_image
614
STOLÜSTÜ OYUNLAR

Rəcəbov favorit, Məmmədyarov autsayder

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Qazaxıstanın Almatı şəhərində blits üzrə növbəti dünya çempionatına təntənəli açılış mərasimi ilə start veriləcək. “APA-Sport”un məlumatına görə, 350 min İsveçrə frankı mükafat fondu olan yarışa Azərbaycan yığmasının üzvləri, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da qatılacaqlar.

Maraqlıdır ki, Rəcəbovun adı çempionatın favoritləri sırasına daxil edilib. Şəhriyarın uğur qazanmaq şansı isə yüksək qiymətləndirilmir.

Dairəvi sistemlə keçiriləcək birincilikdə Vasili İvançuk (Ukrayna), Aleksandr Morozeviç, Sergey Rublyovski, Aleksandr Qrişuk, Pyotr Svidler (hamısı Rusiya), Boris Qelfand (İsrail), Yudit Polqar (Macarıstan), Vladislav Tkaçyov (Fransa), Lenyer Dominqes (Kuba), Rafael Vahanyan (Ermənistan), Murtaz Kajqaleyev (Qazaxıstan), Qata Kamski (ABŞ), Bassem Amin (Misir) və Krişnan Şaşikiran (Hindistan) kimi tanınmış qrossmeysterlər də mübarizə aparacaqlar.

Noyabrın 8-də başa çatacaq dünya çempionatının qalibinin qazancı isə 80 min frank təşkil edəcək.