13:34 07-11-2008
news_image
492
DİGƏR NÖVLƏR

Azərbaycan klubunun UEFA kubokunda sınağı

Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə futzal üzrə UEFA kuboku uğrunda yarışın elit mərhələsinin C qrupunun oyunları start götürəcək. “APA-Sport”un məlumatına görə, turnirə Azərbaycan çempionu “Araz” klubu da qatılıb.

Naxçıvan təmsilçisi ilk görüşünü yerli “Nasional”a qarşı keçirəcək. “Sportova” idman sarayında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. “Araz” ertəsi gün Rusiya çempionu, iki il öncə UEFA kubokuna sahib çıxmış Moskva “Dinamo”sunu sınağa çəkəcək. Noyabrın 11-də isə Böyükağa Hacıyevin yetirmələri “Odorheu” (Rumıniya) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, yalnız qrup qalibi yarımfinala vəsiqə qazanacaq. 2001-ci ildən keçirilən UEFA kubokunda klublarımız heç vaxt yarımfinaladək irəliləyə bilməyiblər.