18:10 10-11-2008
news_image
545
DİGƏR NÖVLƏR

Daha bir idmançı dünyasını dəyişdi

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Kemerovo vilayətində keçirilən kudo üzrə yarış faciə ilə başa çatıb. “APA-Sport”un məlumatına görə, döyüş zamanı 15 yaşlı idmançı huşunu itirərək yerə yıxılıb.

Ona dərhal ilk tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hazırda hadisə ilə bağlı təhqiqat aparılır. Yarış təşkilatçıları mərhumun ailəsinə maddi yardım göstərməyi nəzərdə tutub.