16:28 11-11-2008
news_image
746
DİGƏR NÖVLƏR

Fazil Məmmədov ABŞ-a prezident seçkilərinə gedir

Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) prezidenti, vergilər naziri Fazil Məmmədov və qurumun vitse-prezidenti Namiq Əliyev ABŞ-ın Los Anceles şəhərinə yollanacaqlar. Bu haqda “APA-Sport”a AzHF-in baş katibi Adil Paşayev məlumat verib. Onun sözlərinə görə, səfərdə əsas məqsəd Beynəlxalq Otüstü Hokkey Federasiyasının (FİH) prezidenti seçkilərində iştirak etməkdir.

Növbəti 4 ildə FİH-in prezidenti olmaq üçün 2 namizəd var. Bunlar FİH-in hazırkı rəhbəri, 2001-ci ildən bu təşkilata başçılıq edən hollandiyalı xanım Els van Breda Vraysman və Avropa Otüstü Hokkey Federasiyasının ispaniyalı prezidenti Leandro Neqredir. Prezident seçkiləri noyabrın 29-da keçiriləcək. Nizamnaməyə əsasən, FİH-ə üzv olan hər assosiasiyadan 1 səs qəbul olunacaq.

AzHF rəhbərliyinin hansı namizədə səsə verəcəyi isə hələlik bilinmir. Adil Paşayev bu məsələnin yaxın günlərdə federasiyasının İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcəyini söyləyib: “İcraiyyə Komitəsinin toplantısında prezident görmək istədiyimiz şəxsi müəyyənləşdirəcəyik”.