13:40 12-11-2008
news_image
410
DİGƏR NÖVLƏR

İdmançılarımız üçün Paris mövsümü

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Fransanın paytaxtı Parisdə fiqurlu konkisürmə üzrə “Qran-Pri” turnirinin dördüncü mərhələsi start götürəcək. “APA-Sport”un məlumatına görə, yarışın mükafatları uğrunda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Kristin Freyzer/İqor Lukanin dueti rəqs cütlüklərinin birinciliyində çıxış edəcəklər. Bu təmsilçilərimizin yeni mövsümdə ilk yarışı olacaq. “Qran-pri” turnirinə noyabrın 16-da yekun vurulacaq.