14:28 12-11-2008
news_image
485
STOLÜSTÜ OYUNLAR

FİDE prezidenti Kirsan İlyumjinov avtomobil qəzasına uğrayıb

Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov avtomobil qəzasına uğrayıb. “APA-Sport”un məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
FİDE prezidentinə məxsus xidməti “Mercedes” markalı avtomobil “Ford”la toqquşub. Arxada əyləşən İlyumjinov zərbənin gücündən müvazinətini saxlaya bilməyib qabaq oturacağa çırpılıb. Onun qəza nəticəsində ciddi xəsarət almadığı bildirilir.