12:01 15-11-2008
news_image
498
STOLÜSTÜ OYUNLAR

“Azərbaycan çox iddialıdır”

Bakı. Kənan Həsənov - APA-Sport. “Dünya çempionu Aleksandra Kostenyukun lideri olduğu yığmamız olimpiadaya “quru” hesablı qələbə ilə başladılar. Halaldır, amma sevinmək hələ çox tezdir. Bir sadə məntiqlə ki, azərbaycanlı xanımlar müqavimət belə göstərmədilər”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Almaniyanın Drezden şəhərində keçirilən XXXVIII Şahmat Olimpiadasının I turunda baş tutan Rusiya - Azərbaycan görüşünü şərh edən Sergey Zaqrebelnıy söyləyib.

Həmyerlilərinin çətinlik çəkmədən 2 xal qazandıqlarını iddia edən beynəlxalq qrossmeyster əsas hadisələrin irəlidə cərəyan edəcəyini vurğulayıb.

Zaqrebelnıy kişilərdən ibarət Azərbaycan yığmasının çıxışına da toxunub: “Komandamızın rəhbəri Aleksandr Bax Azərbaycanı ən təhlükəli rəqib sayır. Onlar da ilk turda Makedoniyanı darmadağın etməklə azarkeşlərini sevindirdilər. Azərbaycan şahmatçıları həqiqətən çox iddialıdırlar”.