10:59 17-11-2008
news_image
572
DİGƏR NÖVLƏR

Parisdə uğursuz debüt

Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın paytaxtı Parisdə fiqurlu konkisürmə üzrə “Qran-Pri” turnirinin dördüncü mərhələsi başa çatıb. “APA-Sport”un məlumatına görə, rəqs cütlüklərinin mübarizəsinə qatılan Azərbaycan idmançıları fəxri kürsüyə yüksələ bilməyiblər.

Kristin Freyzer/İqor Lukanin duetimiz üç proqramın ifasına görə hakimlərdən 158,53 xal alıblar. Onlar bu nəticə ilə 10 cütlük arasında 6-cı yeri tutublar.

Qeyd edək ki, bu, Freyzerlə Lukaninin cari mövsümdə debüt yarışı olub.