17:33 18-11-2008
news_image
452
DİGƏR NÖVLƏR

İlin ən yaxşı kişi idmançısı kimdir?

Bakı. Kənan Həsənov - APA-Sport. ABŞ-da 2008-ci ilin ən yaxşı idmançılarının adı açıqlanıb. “APA-Sport”un məlumatına görə, bu nominasiyada üzgüçülər bütün rəqiblərini qabaqlayıblar.

Pekin olimpiadasında 8 qızıl medal qazanan Maykl Felps ilin ən yaxşı kişi idmançısı seçilib. Ən yaxşı qadın idmançı adına isə Natali Kuhlin layiq görülüb. Bu üzgüçü də olimpiya oyunlarında 6 medal qazanmaqla diqqət mərkəzinə düşüb.

2008-ci ilin ən yaxşı məşqçisi isə Felpsin çalışdırıcısı Bob Bouman seçilib.