18:24 18-11-2008
news_image
670
DİGƏR NÖVLƏR

İdmançılarımız Rusiyaya avtomobil “almağa” gedib

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Rusiyanın Sankt-Peterburq şəhərində bilyardın “Sərbəst Piramida” növü üzrə dünya çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, yarışın mükafatları uğrunda Azərbaycan yığmasının üzvləri də mübarizə aparacaqlar.

Noyabrın 24-də başa çatacaq birincilikdə Seymur Məmmədov, Seyhun Ağayev, Rauf və Saleh Mustafayev qardaşları çıxış edəcəklər. Dünya çempionu tituluna sahib çıxacaq bilyardçıya avtomobil hədiyyə ediləcək. Sonrakı iki yeri tutacaq idmançılar isə 5000 və 3000 ABŞ dolları mükafat qazanacaqlar.