13:37 19-11-2008
news_image
440
DİGƏR NÖVLƏR

Rusiyalı legioner yığmamızdan kənarlaşdırıldı

Bakı. Kənan Həsənov - APA-Sport. Janna Muradqızı Azərbaycanın sablya yığmasının heyətindən kənarlaşdırılıb. Bu haqda “APA-Sport”a milli komandanın baş məşqçisi Tahir Həkimov məlumat verib.

Bir neçə ay bundan əvvəl baş məşqçi postuna təyinat alan mütəxəssisin sözlərinə görə, buna rusiyalı legionerin etimadı doğrulda bilməməsi səbəb olub. Muradqızı bu günədək qatıldığı rəsmi yarışlarda ciddi uğur qazana bilməyib. 31 yaşlı sablyaçı xanım artıq Rusiyaya qayıdıb.