16:27 19-11-2008
news_image
521
DİGƏR NÖVLƏR

Dünya birinciliyinə 10 idmançımız gedəcək

Noyabrın 21-də Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya birinciliyi başlanacaq. Apasport.az saytının məlumatına görə, 14-15 və 16-17 yaşlı oğlan və qızların arasında təşkil olunacaq yarışda Azərbaycanın şərəfini 10 idmançı qoruyacaq.

14-15 yaşlıların turnirində Elşən Musayev (50 kq), Seymur Məmmədov (65 kq) və Nicat Əliyev (70 kq), həmçinin xanımlardan Aynur Axundova (52 kq) və Fərəh Rəsulova (62 kq) iştirak edəcək. Digər yaş qrupunda isə Vüqar Xəlilov (45 kq), Orxan Qasımov (60 kq), Vüsal Bayramov (65 kq), Orxan Əliyev (75 kq) və Vurğun Allahverdiyev (85 kq) qüvvələrini sınayacaqlar.

Həmyerlilərimiz səfərə sabah yollanacaqlar. Medinə baş məşqçi qismində Fərhad Ocaqverdiyev gedəcək. Kənan Məmmədov isə qarşıdakı yarışda hakim funksiyasını yerinə yetirəcək. Dünya birinciliyi 3 gün davam edəcək.