23:39 22-11-2008
news_image
750
STOLÜSTÜ OYUNLAR

Möcüzəyə ümid edək?

Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasının IX turunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, hesabat turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmaları fərqli nəticə göstəriblər.

Kişi şahmatçılarımız yarışda ikinci dəfə məğlubiyyətlə üzləşiblər. Milli komandamız Serbiyaya uduzub - 1,5:2,5. Məğlubiyyətə Rauf Məmmədov (2631) baiskar olub. Dördüncü lövhədə mübarizə aparan şahmatçımızın Boyan Vukoviçə (2561) uduzması, yekun nəticəyə birbaşa təsirini göstərib. Yığmamızın digər üzvləri - Teymur Rəcəbov (2752), Şəhriyar Məmmədyarov (2731) və Qədir Hüseynov (2650) heç-heçə oynayıblar.

Maraqlıdır ki, kişi şahmatçılarımızın ardından xanımlarımız da xorvatiyalıları məğlub ediblər. Milli komandanın lideri Zeynəb Məmmədyarova (2351) rəqibi üzərində inamlı qələbə qazanıb. Türkan Məmmədyarova (2269), Xəyalə İsgəndərova (2206) və Nərmin Kazımova (2171) isə xalları bölüblər. Beləliklə, yığmamız 2,5:1,5 hesabı ilə qalib gəlib.

Olimpiadanın sonuna iki tur qalmış şahmatçılarımızın medal qazanmaq üçün nəzəri şansları var. Qızıl medal qazanmaq isə möcüzəyə bərabərdir.