12:02 24-11-2008
news_image
1038
DİGƏR NÖVLƏR

Maşın əldən getdi...

Azərbaycan bilyardçıları Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Sərbəst Piramida” üzrə dünya çempionatında mübarizəni dayandırıblar. Apasport.az saytının məlumatına görə, milli komandamızın üç üzvü 1/16 final səddini adlaya bilməyiblər.

Bu mərhələdə Seymur Məmmədov rusiyalı Yuri Paşinskiyə 3:6, Saleh Mustafayev ukraynalı Maksim Kolijuka 0:6, Rauf Mustafayev qazax Əlixan Karaneyevə 1:6 hesabı ilə uduzub. Seyhun Ağayev isə mübarizəni ilkin mərhələdə dayandırıb.

Bu gün müəyyənləşəcək dünya çempionatının qalibinə avtomobil hədiyyə ediləcək. Sonrakı iki yeri tutacaq idmançılar isə 5000 və 3000 ABŞ dolları mükafat qazanacaqlar.