15:32 24-11-2008
news_image
654
DİGƏR NÖVLƏR

Rusiyanın milyoner idmançıları

“Finans” jurnalı Rusiyanın ən çox qazanan idmançılarının siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, siyahıya tennisçi və model Mariya Şarapova başçılıq edir.

21 yaşlı cəlbedici xanımın illik gəliri 25,5 milyon dollar təşkil edib. MBA-da “Yuta Cazz” klubunda çıxış edən Andrey Kirilenko 15 milyon dollarla ikinci yeri tutub. Rusiyanın il ərzində ən çox qazanan üçüncü idmançısı ünvanını isə MHL-də legioner həyatı yaşayan Aleksandr Oveçkin (9 milyon) əldə edib.