17:42 24-11-2008
news_image
501
DİGƏR NÖVLƏR

Olimpiya medalçısı Azərbaycan kubokunda 2-ci yeri tutdu

Güllə atıcılığı üzrə Azərbaycan kuboku uğrunda yarış keçirilib. Apasport.az saytının məlumatına görə, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, eləcə də Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin tirlərində təşkil olunan yarışda kişilər və qadınlar mübarizə aparıblar.

Pnevmatik tapançadan atəş açan kişilərin turnirində yığmanın üzvü Ruslan Lunyov qızıl medal qazanıb. Qadınlar arasında isə pnevmatik tapança yarışlarında Nigar Bağırova üstün olub (382 xal). O, əsas rəqibi, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumovadan 17 xal çox toplayıb. Bacısı qızından geri qalan Aşumova ikinci yerlə kifayətlənib.

O ki qaldı pnevmatik tüfəngdən atəş açanlara, birinci pillədə 392 xalla Mehriban Məcidova qərarlaşıb.