Qətər yığmamızın liderlərini qəbul etmədi
Şahmat üzrə Qran-Pri turnirinin III mərhələsi Qətərin paytaxtı Dohada keçirilməyəcək. Apasport.az saytının məlumatına görə, buna yerli federasiyanın təşkilatçılıq hüququndan imtina etməsi səbəb olub.
Bununla belə, qrossmeysterlər öncə nəzərdə tutulduğu kimi, dekabrın 13-dən 29-dək münasibətlərini aydınlaşdıra biləcəklər. Turnir eyni tarixdə Rusiyanın Elista şəhərində təşkil olunacaq.
Qeyd edək ki, bu mərhələdə Azərbaycan milli komandasının üzvləri – Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov çıxış edəcəklər.