18:09 25-11-2008
news_image
505
STOLÜSTÜ OYUNLAR

2012-ci il Olimpiadası İstanbulda!

Almaniyanın Drezden şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 79-cu Konqresi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə 2012-ci ilə planlaşdırılan Şahmat Olimpiadasını təşkil edəcək ölkənin adı açıqlanıb.

Səsvermə nəticəsində bu hüquqa Türkiyənin İstanbul şəhəri yiyələnib. Belə də İstanbul ikinci dəfə olimpiadanın iştirakçılarını qəbul edəcək. Analoji yarış 2000-ci ildə də bu şəhərdə təşkil olunub.