13:38 28-11-2008
news_image
593
DİGƏR NÖVLƏR

Milli komandamızın üzvü Xorvatiyada

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə bədii gimnastika üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az saytının Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yarışda ölkəmiz də təmsil olunacaq.

Beynəlxalq turnirin mükafatları uğrunda milli komandamızın üzvü Zeynəb Cavadlı mübarizə aparacaq. Bir sıra tanınmış gimnastların qatılacağı yarışa noyabrın 30-da yekun vurulacaq.