12:26 29-11-2008
news_image
587
STOLÜSTÜ OYUNLAR

Dünya çempionatının formatı dəyişdirildi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Almaniyanın Drezden şəhərində keçirilən toplantıda dünya çempionu titulu uğrunda mübarizənin sistemini dəyişib. Apasport.az saytının məlumatına görə, dəyişikliklər əsasən seçmə mərhələ ilə bağlıdır.

Dünya çempionuna rəqib olacaq qrossmeyster 8 nəfərin iştirakı ilə təşkil olunacaq iddiaçıların turnirdə müəyyənləşəcək. Bu yarışa Qran-Pri turnirində və dünya kubokunda ilk iki yeri tutanlar, iddiaçıların turnirində iştirak edənlər, 2009-cu ildə dünya çempionu titulu uğrunda görüşdə uduzan və təşkilatçıların müəyyənləşdirəcəyi şahmatçı qatılacaq.

Turnirin formatını da təşkilatçılar müəyyənləşdirəcəklər. Qalib iki dövrəli turnirdə və ya pley-off sistemi ilə bəlli olacaq. 2011-ci ildə isə dünya çempionu ilə qarşılaşacaq.

Qeyd edək ki, 2009-cu ildə hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) Veselin Topalov (Bolqarıstan) - Qata Kamski (ABŞ) duelinin qalibi ilə şahmat tacı uğrunda yarışacaq. Yeni sistemə əsasən, bu görüşlərdə uğursuzluqla üzləşənlər iddiaçıların turnirinə qatılmaq imkanı əldə edəcəklər.