15:37 01-12-2008
news_image
590
DİGƏR NÖVLƏR

Xorvatiyadan gümüş medalla

Xorvatiyanın paytaxtı Zaqrebdə bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi Zeynəb Cavadlı təmsil edib.

Çoxnövçülük üzrə yarışa qatılan milli komandamızın üzvü 63,635 xal toplayıb və bu nəticə ilə ikinci yeri tutub. 17 yaşlı təmsilçimiz yalnız rusiyalı Vera Sesinadan geri qalıb.