18:54 01-12-2008
news_image
442
DİGƏR NÖVLƏR

Konkisürənlərimiz də “ofsayd”a düşdülər

Beynəlxalq Fiqurlu Konkisürmə İttifaqı Qran-Pri turnirinin altı mərhələsinin yekunlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bununla da, dörd növ üzrə finalda çıxış edəcək fiqurlu konkisürənlərin adları bəlli olub.

Təəssüf ki, Azərbaycan təmsilçiləri həlledici mərhələdə mübarizə aparmayacaqlar. Buna Kristin Freyzer/İqor Lukanin rəqs duetimizin ilk “altılıq”da yer ala bilməməsi səbəb olub.

Qeyd edək ki, təmsilçilərimiz Qran-Pri turnirinin cəmi bir mərhələsinə qatılıblar. Fransanın paytaxtı Parisdə keçirilmiş həmin yarışda qüvvəsini sınamış cütlük uğursuz çıxış etdiyindən 6-cı yeri tutub.