12:46 02-12-2008
news_image
539
STOLÜSTÜ OYUNLAR

İspaniyada uğurlu başlanğıc

İspaniyanın Huarte şəhərində beynəlxalq şahmat turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan şahmatçıları Rəsul İbrahimovla Azər Mirzəyev qatılıblar.

Hər iki qrossmeysterimiz ilk turda qənaətbəxş nəticəyə imza atıblar. Mirzəyev ağ fiqurlarla Kosta Rika təmsilçisi Leonardo Valdesi üstələyib. Qara fiqurlarla oynayan İbrahimov isə yerli idmançı Mikel Huerqadan yarım xal qopartmağa müvəffəq olub.

On şahmatçının dairəvi sistemlə mübarizə apardığı yarış dekabrın 8-də yekunlaşacaq.