16:03 02-12-2008
news_image
649
STOLÜSTÜ OYUNLAR

FİDE Azərbaycanı qabağa çəkir

Planetin ən güclü qrossmeysterlərindən sayılan Vasili İvançuku iki illik cəza gözləyir. Apaport.az saytının məlumatına görə, bu haqda Rusiya mətbuatına Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov açıqlama verib.

FİDE prezidenti bildirib ki, reytinqinə görə dünyanın üçüncü şahmatçısı olan İvançuk ötən ay Almaniyanın Drezden şəhərində keçirilmiş Şahmat Olimpiadasında dopinq-testdən boyun qaçırıb. Bu səbəbdən onun iştirakı ilə baş tutan görüşlərin nəticələri ləğv ediləcək. Nəticədə olimpiadanı 4-cü pillədə başa vuran Ukrayna yığmasının da mövqeyində dəyişiklik olacaq. FİDE belə qərar verərsə, Azərbaycan milli komandası olimpiadada 6-cı yerdən 5-ci sıraya yüksələcək.

Qeyd edək ki, İvançuk FİDE-nin himayəsi altında keçirilən Qran-pri turnirində yığmamızın üzvləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimovun də əsas rəqibidir.