11:41 03-12-2008
news_image
696
DİGƏR NÖVLƏR

Canlı əfsanənin qayıdışı

Dünya tennisinin canlı əfsanəsi Pit Sampras böyük idmana qayıdır. Apasport.az saytının məlumatına görə, 2002-ci ildə karyerasını başa vuran ABŞ idmançısı həftəsonu İngiltərənin paytaxtı Londonda korta çıxacaq.

Yeddi dəfə “Uimbldon” turnirinin qalibi olmuş Sampras “Böyük dəbilqə” seriyasından 14 yarışda birinci yeri tutub. 37 yaşlı tennisçinin bu nəticə ilə müəyyənləşdirdiyi dünya rekordunu hələ də təzələyən tapılmayıb.