12:39 03-12-2008
news_image
881
STOLÜSTÜ OYUNLAR

Xal itir, zirvəyə qalx

İspaniyanın Huarte şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışdakı təmsilçilərimiz Rəsul İbrahimovla Azər Mirzəyev xal itkisi ilə üzləşiblər.

İbrahimov ağ fiqurlarla Srinat Narayanın (Hindistan) müqavimətini qıra bilməyib. 30 yaşlı Mirzəyevin yerli Hermino İdalqo ilə görüşündə də heç-heçə qeydə alınıb.

İki turdan sonra 10 şahmatçının dairəvi sistemlə mübarizə apardığı yarışa hesabında 1,5 xal olan Mirzəyev başçılıq edir. İbrahimov 1 xalla 6-cı pillədə yer alıb.