12:36 04-12-2008
news_image
493
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Həşimov gerilədilər

Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2008/2009 mövsümündə keçirilən yarışların nəticələrinə əsasən, yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qadın şahmatçıların siyahısında yenə heç bir həmyerlimiz yer almayıb.

63 kişi qrossmeysterin sıralamasında isə iki təmsilçimiz var. ACP-nin təqviminə daxil olan iki yarışda iştirak edən Teymur Rəcəbov 704 xalla 6-cı pillədə qərarlaşıb. 21 yaşlı qrossmeysterimiz ötən ayla müqayisədə əmsalını 200 xal artırsa da, iki pillə geriləyib. Eyni sayda turnirdə mübarizə aparan Vüqar Həşimov (444 xal) isə 9-cu pilləni 15-ci sıraya dəyişib.

Qeyd edək ki, reytinq cədvəlinə 5 turnirə qatılmaqla 1162 xal toplayan rusiyalı Dmitri Yakovenko başçılıq edir.