15:11 10-12-2008
news_image
737
DİGƏR NÖVLƏR

2008-ci ildə ən çox qazanan idmançılar

“Forbes” jurnalı 2008-ci ilin ən çox qazanan 10 idmançısının siyahısını açıqlayıb. Apasort.az saytının məlumatına görə, siyahıya 91 milyon avro gəlirlə amerikalı qolf ustası Tayqer Vuds başçılıq edir.

İkinci pillədə Vudsun həmyerlisi və həmkarı Fil Mikels (49,5 milyon) qərarlaşıb. “Üçlüy”ü 47,5 milyon avro ilə İngiltərə yığmasının yarımmüdafiəçisi Devid Bekhem qapayıb. Maraqlı məqam, basketbolçu karyerasını baş vuran Maykl Cordanın 25,5 milyon avro ilə 4-cü sırada yer almasıdır.

Digər pillələrdə aşağıdakı idmançılar qərarlaşıblar:

5. Oskar de la Hoya (peşəkar boks) - 33 milyon avro
6. Valentino Rossi (motosiklet idmanı) - 32 milyon avro
7. Lebron Ceyms (basketbol) - 31,6 milyon avro
8. Rojer Federer (tennis) - 27,5 milyon avro
9. Cef Qordon (motosiklet idmanı) - 25,5 milyon avro
10. Dirl İrnhard (motosiklet idmanı) - 24,5 milyon avro