13:27 11-12-2008
news_image
1222
STOLÜSTÜ OYUNLAR

Azərbaycan Dama Federasiyasının vitse-prezidenti işdən qovuldu

Azərbaycan Dama Federasiyasının vitse-prezidenti İbrahim İsmayılov işdən qovulub. Bu haqda apasport.az saytına İsmayılov özü məlumat verib. O, vəzifəsindən hansı səbəb üzündən uzaqlaşdırılmasını açıqlamayıb.

Bununla yanaşı, əsəbi nəzərə çarpan sabiq vitse-prezident emosiyalarını cilovlamağı bacarmayıb: “Mən daha federasiyada işləmirəm. Dama ilə bağlı sualları mənə verməyin. Futboldan soruşa bilərsəniz, “Neftçi”nin köhnə futbolçusuyam. Görüşərik, sağ ol, öpürəm!”

Qeyd edək ki, Azərbaycan Dama Federasiyasının prezidenti tanınmış kinorejissor Vaqif Mustafayevdir.