17:16 11-12-2008
news_image
4279
DİGƏR NÖVLƏR

Kriştianu Ronaldonun sevgilisi soyundu - FOTO

Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldonun keçmiş sevgilisi Letizia Filippi təqvim çəkilişləri üçün soyunub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı italiyalı model bu yolla “Mançester Yunayted”in yarımmüdafiəçisindən qisas almaq istəyir.

Ronaldo ilə Filippi bu ilin yayında yaxtada tanış olublar. Portuqaliya yığmasının üzvü tanınmış modelin otağına gül göndərib, sonradan isə onlar birgə nahar ediblər. Ancaq bu cütlüyün sevgisi uzun çəkməyib.

Avropa çempionatında zədələnən futbolçu müalicə almaq məqsədilə ABŞ-ın Los Anceles şəhərinə yollanıb və tədricən onun Filippi ilə əlaqəsi kəsilib. İndi italiyalı gözəlçə bədəninin müəyyən hissələrini nümayiş etdirərək, Ronaldonun “nəyi itirdiyini” ona xatırlatmaq niyyətindədir.

Qeyd edək ki, son bir ildə Kriştianunun həyatında Cemma Atkinson, Mia Yudaken, Karina Ferro, Nereyda Qalyardo kimi məşhur xanımlar da olub. “Qızıl top” mükafatının sahibi hazırda ukraynalı Alyona Hayneslə eşq macərası yaşayır.