17:55 12-12-2008
news_image
574
STOLÜSTÜ OYUNLAR

Arsen Eqiazaryan: Azərbaycan yığmasının baş məşqçisi o qədər məyus olmuşdu ki...

Ermənistanın qadınlardan ibarət yığmasının baş məşqçisi Arsen Eqiazaryan şahmat olimpiadasının yekun nəticəsini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası ilə görüşə toxunan mütəxəssis Drezdendə layiqli qələbə qazandıqlarını vurğulayıb.

“Bizim komanda Azərbaycan yığmasından güclüdür. Rəqibi çətinlik çəkmədən məğlub etməli idik. Sadəcə, buna həyəcan və oyun ətrafı ajiotaj mane olur. Bu dəfə hər şeyin bizim üçün uğurlu alınmasına görə sevinirəm. Məğlubiyyət Azərbaycan yığmasının baş məşqçisini o qədər məyus etmişdi ki, oyunun yekun protokolunu imzalamağa və məni təbrik etməyə gəlmədi” - deyə Eqiazaryan bildirib.

Qeyd edək ki, Azərbaycanın qadın yığması olimpiadada erməni həmkarlarına 0:4 hesabı ilə uduzub. Bu nüfuzlu yarışı 6-cı pillədə başa vuran Ermənistan yığmasının üzvlərinə 2000 avro mükafat verilib.