13:10 13-12-2008
news_image
762
DİGƏR NÖVLƏR

Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev istefa verdi

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev istefa verib. Apasport.az saytının məlumatına görə, Mehdiyev qərarını bundan sonra elmi işlərlə məşğul olmaq istəyilə əlaqələndirib. Federasiyanın bugünkü toplantısında yeni vitse-prezidenti də seçilib. Bu, yığma komandanın sabiq üzvü Güloğlan Cabbarov olub.