22:53 14-12-2008
news_image
346
STOLÜSTÜ OYUNLAR

Qran-Pridə uğurlu start

Rusiyanın Elista şəhərində şahmat üzrə Qran-Pri turnirinin növbəti mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın startını Azərbaycan idmançıları – Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov üçün uğurlu saymaq olar. İlk turda ağ fiqurlarla oynayan hər üç həmvətənimiz aktivinə xal yazdırıb.

Bu mənada xüsusilə, Vüqar yaxşı təsir bağışlayıb. O, ukraynalı Pavel Yelvanovu 93-cü gedişdə məğlub edib. Teymur İvan Çeparinovla (Bolqarıstan), Şəhriyar isə Aleksandr Qrişukla (Rusiya) “sülh” bağlayıb.

Bu gün ikinci turun qarşılaşmaları baş tutacaq. Təqvimə əsasən, Rəcəbov fransalı Etyen Bakronu, Məmmədyarov Çeparinovu, Həşimov isə rusiyalı Yevgeni Alekseyevi sınağa çəkəcək. 14 şahmatçının mübarizə apardığı turnir dekabrın 28-də yekunlaşacaq.