10:47 15-12-2008
news_image
1845
DİGƏR NÖVLƏR

“Qızıl oğlan” Rusiyaya gedir

Dekabrın 19-da Rusiyanın Çelyabinsk şəhərində WMC (WORLD MUAY THAI COUNCIL) versiyası üzrə Asiya Qran-Prisi keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışın mükafatları uğrunda 8 peşəkar idmançı mübarizə aparacaq.

Yarışa peşəkarlar arasında D-8 Azərbaycan, WPK versiyasında Asiya və WAKO-pro versiyasında İnterkontinental kəmərlərinin sahibi Nahid Əsədov da qatılacaq. Həmyerlimiz birinci yeri tutacağı təqdirdə, Macarıstanda təşkil olunacaq dünya Qran-Prisində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, “Qızıl oğlan” ləqəbli idmançımız indiyədək peşəkar rinqdə keçirdiyi ardıcıl 11 döyüşdə (3 nokaut) qələbə sevinci dadıb.