16:45 15-12-2008
news_image
639
DİGƏR NÖVLƏR

Yığmanın 28 üzvünə “Merсedes” verildi

Rusiya prezidenti Dmitri Medvedyevin göstərişi ilə dünya çempionu titulunu qazanan kişilərdən ibarət hokkey yığmasının üzvləri mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, ölkə başçısı tədbirə qatılmasa da, onun adından idmançılara qiymətli hədiyyələr təqdim edilib.

Milli komanda üzvlərinə “Merсedes-Вenz S” markalı 28 avtomobil verilib. Mütəxəssislərin hesablamalarına görə, bu tip avtomobilin qiyməti 150 min avroya bərabərdir.

Qeyd edək ki, Rusiyanın hokkey yığması dünya çempionu titulunu Kanadanın Kvebek şəhərində qazanıb. Ruslar final matçında meydan sahiblərini 5:4 hesabı ilə üstələyiblər.