22:43 15-12-2008
news_image
459
STOLÜSTÜ OYUNLAR

Teymur qalib gəldi, növbə Şəhriyarındır

Azərbaycan şahmat yğmasının lideri Teymur Rəcəbov Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Pri yarışının ikinci turunda qələbə qazanıb. Apasport.az saytının məlumatna görə, qara fiqurlarla oynayan təmsilçimiz fransalı Etyen Bakronu məğlub edib. Teymur rəqibini 73-cü gedişdə mat qoyaraq, yarışda ilk qələbəsini rəsmiləşdirib.

Digər şahmatçılarımız Şəhriyar Məmmədyarov və Vüqar Həşimov hərəyə yarım xalla kifayətləniblər. Onlar müvafiq olaraq, İvan Çeparinov (Bolqarıstan) və Yevgeni Alekseyevlə (Rusiya) heç-heçəyə razılaşıblar.

Hazırda Rəcəbov və Həşimov 1,5 xalla daha iki şahmatçı ilə birgə 1-4-cü yerləri bölüşdürürlər. Məmmədyarov isə 1 xalla 5-10-cu pillələrdə qərarlaşıb. Sabah 3-cü tur çərçivəsində Teynur Rüstəm Qasımcanov (Özbəkistan), Şəhriyar Etyen Bakro (Fransa), Vüqar Yu Vanla (Çin) qarşılaşacaq. İlk turda Həşimovun, ardından Rəcəbovun qələbə qazandığını nəzərə alsaq, bu dəfə növbə Məmmədyarovundur. Qran-Pri dekabrın 28-də başa çatacaq.